16 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bank kartları ilə turistlərin ödənişləri azalmaqdadır

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banker.az xəbər verir ki, 2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.

Bildirək ki, 2019-cu ilin müvafiq dövründə isə bank kartları ilə aparılan əməliyyatların həcmi 88,3 milyon manat olub. Belə ki, illik müqayisədə bank kartları aparılan əməliyyatların həcmi 3,1 milyon manat və yaxud 3,5% azalıb.

Onu da qeyd edək ki, 2018-ci ilin analoji dövründə isə bu göstərici 99,8 milyon manat olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər