Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri arasında iclas keçirilib.
Məlumata görə, iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və qrupun digər üzvləri iştirak edib.
İclas çərçivəsində bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası və bu fəaliyyətlə bağlı İşçi Qrupun yaradılması məsələsi müzakirə edilib.
Xatırladaq ki, ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.