Azərbaycanda bank müştərilərinin sayı 9 milyona yaxınlaşır

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin oktyabr ayına  8 850 082 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 845 360 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 004 722 nəfər artması deməkdir.

Cari ilin sentyabr ayında bank müştərilərinin sayı 8 760 908 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 89 174 nəfər artıb.

Bank müştərilərindən 8 737 525 nəfəri fiziki şəxslər, 112 557 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 91 694 nəfər artıb, hüquqi şəxslərin sayı 2 520 nəfər azalıb.

Bu ilin oktyabr ayında fiziki şəxslərin cari hesablarının sayı 17 543 859, hüquqi şəxslərin cari hesablarının sayı 232 534 olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər