18 C
Baku
Monday, May 27, 2024

Azərbaycanda bank müştərilərinin sayı açıqlandı – 1 milyondan çox artıb

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin yanvar ayına 8 milyon 56 min 140 nəfər təşkil edib. 2019-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 6 milyon 847 min 897 nəfər olub. Belə ki, cari ilin yanvar ayında bank müştərilərinin sayı 1 milyon 208 min 243 nəfər və yaxud 18% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bank müştərilərindən 7 milyon 938 min 757 nəfər fiziki şəxslər, 117 min 383 nəfəri isə hüquqi şəxslərdir.

Bu ilin yanvar ayında müştərilərin bank hesabları 19 milyon 519 min 048 ədəd olub ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə 18% artım deməkdir. Cari ilin yanvarında müştərilərin kredit hesabları 13,5% artaraq 2 milyon 832 min 280, depozit hesabları isə 28% artaraq 396 min 408 olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər