15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bank sektorunun qısa təhlili

1992-ci ildə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlarının qəbul olunması ilə ölkəmizdə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyuldu. Bazar iqtisadiyyatı şəraitində yaşayan əksər ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Birinci pillədə isə Mərkəzi Bank dayanır. Azərbaycan bank sistemi Mərkəzi Bank və banklardan və digər kredit təşkilatlarından ibarətdir. Kredit təşkilatları olan kommersiya bankları Qanunvericiliyə uyğun olaraq bütün bank əməliyyatlarına həyata keçirməklə bağlı müstəsna hüquqlara malikdir. 1990-cu illərdə həyata keçirilmiş bank islahatları prudensial nəzarətin mərhələli tətbiqi və beynəlxalq standartlara keçidlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini əhatə edirdi. Bu zaman kapital, likvidlik, mənfəətlik, əqdlərin təhlükəsizliyi, müasir texnologiyalar və menecment informasiya sistemlərindən istifadə kimi mövzulara xüsusi diqqət verilmişdir.

Son illərdə ölkə rəsmilərinin müəyyən etdiyi strateji hədəflərə bank qanunvericiliyinin beynəlxalq qabaqcıl təcrübələrə və standartlara uyğunlaşdırılması, bank sisteminin təhlükəsizliyini və sağlamlığını təmin etmək, bank xidmətlərindən istifadəni genişləndirmək, bank sistemində şəffaflığı artırmaq, bazar intizamını təkmilləşdirmək və bank nəzarəti sahəsinin effektivliyini təkmilləşdirmək kimi amillər daxildir.

Hal-hazırda bank sektorunda 43 bank vardır ki, onlardan 42-si özəl, 1-i isə dövlət bankıdır. Banklardan 22-nin kapital strukturunda xarici kapital vardır ki, 6 bankda bunların miqdar 50-100%, arasında, 14 bankda isə 50%-dən az miqdarda təşkil edir. 2 bank isə xarici bankın yerli filialı hesab olunur. Bankların yerli filiallarının sayı 36-sı dövlət, 640-ı isə özəl bank filialı olmaqla 676-yə bərabərdir. Yerli filialları olan bankların sayı 39, bank şöbələrinin sayı 134, bankların yerli nümayəndəlikləri 1, xarici bankların yerli nümayəndəliklərinin sayı 5, bankların xarici strukturları 10, törəmə banklar 3, bankların xarici nümayəndəlikləri 7 və ləğv edilməkdə olan bankların sayı 6-dır.

Aşağıda son beş il ərzində bankların, bank filiallarının və şöbələrinin say dəyişikliklərindəki fərqləri izləyə bilərsiniz.

cbar7
Aşağıdakı diaqramlarda isə son 8 il ərzində ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmini, həmçinin bu sahədə dövlət və ya kommersiya banklarının daha çox pay sahibi olmasını, o cümlədən hazırda (2013-cü ilin üçüncü rübü ərzində) iqtisadiyyata qoyulmuş kreditlərin strukturunu izləyə bilərsiniz.

cbar5

 cbar6
Bu cədvəldə isə iqtisadiyyatın müxtəlif sahələrinə edilən kredit qoyuluşlarını nəzərdən keçirmək mümkündür, cədvəldən də gördüyünüz kimi ən çox artım inşaat və əmlak sektorunda, daha sonra isə sənaye və istehsal sektorunda müşahidə edilib, belə ki, bu illər ərzində kredit qoyuluşu müvafiq olaraq 2500 və 1500 dəfədən çox artıb. Amma ümumilikdə həcm etibarı ilə ən çox kredit yatırılan sahələr də məhz inşaat və əmlak 2283.8 mln və ticarət və xidmət sektoru 2197.4 mln manat olmuşdur (2013-cü ilin snentyabrına olan rəqəmlər əsasında).

Illər

Ticarət və xidmət

Kənd təsərrüfati və

emal sənayesi

İnşaat və əmlak

Sənaye və istehsal

Nəqliyyat və rabitə

2005-ci il

361.0

97.6

82.2

83.3

128.2

2006-ci il

647.2

136.5

152.5

192.6

214.9

2007-ci il

1194.0

197.2

312.3

303.0

469.6

2008-ci il

1911.0

261.5

461.4

427.5

669.1

2009-cu il

1834.0

394.8

576.5

536.9

520.4

2010-cu il

2206.8

441.3

660.6

682.4

454.4

2011-ci il

2444.4

466.7

875.3

582.9

409.7

2012-ci il

2649.3

546.2

1270.3

1297.6

429.1

2013-cü il

2197.4

705.9

2283.8

1467.4

515.5

2005-ci illə

müqayisədə artım %-lə

508.7%

623.3%

2678.3%

1661.6%

302.1%

cbar45
2013-cü ilin 9 ayının nəticələrinə əsasən ölkədə cəlb olunmuş depozitlərin cəmi 11929,4 mln-dur ki, onlardan da 2269.1 mln tələbli və 3813.4 mln müddətli yerli valyuta ilə, 1603.7 mln tələbli və 4243.1 mln isə müddətli əcnəbi valyutada cəlb olunmuş depozitlərdir.

cbar67

 Hazırda ölkə əhalisinin miqdarı 9,3565 milyondan çoxdur, son göstəricilərə (2013, sentyabr) əsasən Azərbaycanda bank müştərilərinin sayı 4 755 237 nəfərə çatıb., Bu da ilin əvvəlindən 28,4 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 44%-dək artım olduğunu göstərir. Ölkə əhalisinin təxminin 51%-i bank müştərisidir. Bu, o deməkdir ki, ölkə əhalisinin yarısı hələ də bank xidmətlərindən istifadə etmir. Bu isə bankların qarşısında yaxşı imkanlar və perspektivlər açır. Bazarın böyük hissəsi boşdur və onu ələ keçirmək mümkündür. Həmçinin bank müştərilərindən, fiziki şəxslər 4 654 413 nəfər, hüquqi şəxslər isə 100 824 nəfərdir.
Ümumiyyətlə, banklarda müştəri hesablarının sayı isə sentyabrın 1-nə 7 681 665 ədəd olub.

Mərkəzi Bankın 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln manatadək artırılmışdır. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 01 yanvar 2014-cü ildən qüvvəyə minəcək, (qeyd: Məcmu kapital – Prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi 1-ci dərəcəli və 2-ci dərəcəli kapitala daxil olan komponentlərin cəmi və onlardan tutulmaların fərqidir.)

Bu amili qeyd etməyi ona görə vacib bilirik ki. Bu bank sektoru ilə bağlı yeni gözləntilər meydana gətirəcək. Belə ki, məcmu kapital tələbinə cavab verə bilməyən bankların bağlanma təhlükəsi vardır. Amma ümumilikdə bu addım Azərbaycanın bank sektorunun daha da sağlamlaşmasına xidmət etməli və bankların əhaliyə göstərdiyi xidmətin keyfiyyətində özünü büruzə verməlidir.
Bankların məcmu kapitallarının və aktivlərinin həcmi ilə müvafiq reytinqlərimizdə daha ətraflı tanış ola bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər