10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bankların işini asanlaşdıran FABO EXPRESS  

Bildiyimiz kimi, Azərbaycan banklarının hal-hazırda çətinliyi , problemli kreditlərin çox olmasıdır. Göndərilən xəbərdarlıq məktubların vaxtında çatması, problemli kreditlərin ödənilməsində əhəmiyyətli rol oynayır.

Bank işçiləri, ənənəvi kuryer şirkətlərinə tez-tez zəng edir, məktubların taleyi ilə maraqlanırlar. Sənədlərin çatdırılma vaxtına nəzarət edə bilməmək, əməkdaşlara əsəb, stress, vaxt itkisi, bəzi hallarda kreditlərin geri qaytarılmasında çətinlik yaradır. Bu səbəbdən, nüfuzlu bankların rəhbərləri, işçilərinə bu əziyyəti yaşatmamalıdırlar.

Bank işçiləri, bu problemlərdən xilas ola bilərlər

FABO EXPRESS kuryer şirkəti ilə əməkdaşlıq edən şirkətlər isə, əksinə bu əziyyətlərdən   tamam xilas olublar. Çünki onlar, məktub çatdığı anda, öz müştəri hesablarından məlumat alır, sənədin kimin qəbul etdiyini və imzanı görə bilirlər. Çatdırılma tarixindən dəqiq əmin  olan müştərilər, məktubları hansı tarixdə,  kimə göndərdiklərini göndərişlərin bazasından izləyə bilirlər. Özü də əlavə ödəniş etmədən, proqram endirməyə ehtiyac olmadan  və çox münasib  xidmət tarifləri ilə.

Şirkətin məqsədi, müştərilərini, sənəd çatdırılmasında olan problemlərdən, qeyri-dəqiq məlumatlardan xilas etmək və keyfiyyətli çatdırılmanı həyata keçirməkdir.

Buna sübut kimi, innovativ kuryer xidməti,müştərisi olan ”NIKOIL Bank”nın işini xeyli asanlaşdırmış,kreditlərin geri qaytarılma sürətini artırmış,sənədlərin çatdırılma vaxtına olan nəzarəti  tam təmin etmişdir. ”Azsığorta ”, ”Atasığorta ” , ”Xəzər Dəniz Gəmiçiliyi”, ”Mida MMC”  kimi nüfuzlu şirkətlərin də FABO EXPRESS–i seçməsi, bazarda özünü sübut etdiyinə işarədir.

Qeyd edək ki , Respublikada 40-dan çox ekspress- kuryer şirkətləri olsa da, innovativ çatdırılma modelini yalnız FABO EXPRESS kuryer şirkəti edir.

 FABO EXPRESS ilə əməkdaşlıq edib məmnun müştərilərdən biri, Siz də ola bilərsiniz. Əlaqə üçün 012-490-15-10 və ya [email protected]

Son xəbərlər
Digər xəbərlər