-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda BOKT-da yeni təyinat

Azərbaycanın kredit təşkilatı “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin daxili auditor xidmətinin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, “Finex Kredit” BOKT-un Daxili audit xidmətinin rəhbəri Mehdiyev Eltəkin Sahib oğlu vəzifəsindən azad olunub.

Onun yerinə Hüseynova Vəfa Həsrət qızı təyin edilib.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un səhmlərinin 31%-i Mobil Şərifova, 26%-i Şəlalə Tağıyevaya, 24%-i Sevda İbrahimovaya, 18%-i Ramina Allahverdiyevaya, 1%-i isə Tahir Namazova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər