10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda broyler şirkətin səhmləri ucuz qiymətə satışa çıxarılır

Azərbaycanın broyler şirkəti səhmlərini ucuz qiymətə satışa çıxarır.Banker.az xəbər verir ki, bu şirkət “Şıxlar Broyler”dir.                                       Hər bir səhmin nominal qiyməti 2 manatdır. Səhmlərin qiyməti ilə linkdən tanış olmaq olar. Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

 

Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər