10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bu bizneslərə “inam” yüksəlir – Mərkəzi Bank

Azərbaycan biznesinin pərakəndə ticarət və xidmət sektorunun inam indeksində artım olarkən, sənaye və tikinti sektorunda azalmalar müşahidə edilib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının aprel ayı üçün təqdim etdiyi “Real sektorda İşgüzar fəallıq indeksləri” üzrə göstəricilərinə istinad edir.

Pərakəndə ticarət sektorunun indeksi 8.5 bənd təşkil edib. Bu da öncəki ayla müqayisədə 28% artımdır.

Xidmət İnam İndeksi isə 23% artaraq 46.9 bənd təşkil edib.

Sənayenin İnam İndeksi mart ayında 5.6 bənd olduğu halda, apreldə neqativ 0.5 bəndə enib.

Tikinti İnam İndeksi isə neqativ 50.4 bənddən 43.2 bəndə qədər azca azalıb.

2 7

1 5

Son xəbərlər
Digər xəbərlər