2021-ci ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3.6 faiz artaraq 2021-ci il iyulun 1-i vəziyyətinə 161 053 olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2021-ci ilin yanvar-iyun ayları ərzində 5 844 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 226 vahid isə ləğv edilib.
Cari ilin 6 ayında 383 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 24-i isə ləğv edilib.
2021-ci ilin yanvar-iyun ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98.5 faizi xüsusi mülkiyyətli (o cümlədən 6.6 faizi tam xarici investisiyalı, 1.5 faizi birgə mülkiyyətli), 1.4 faizi dövlət mülkiyyətli, 0.1 faizi isə bələdiyyə mülkiyyətli müəssisələrin payına düşür.