Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 84 178.3 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.
Bundan başqa, hesabat dövründə könüllü sığorta növlərinin hesabına 37 187.7 min manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.
2020-ci ilin yanvar ayında isə könüllü sığorta üzrə 91 230.8 min manat sığorta haqqı, 19 242.3 min manat isə sığorta ödənişi həyata keçirilib.
2021-ci ilin yanvarında icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 5% azalaraq 19 832.5 min manat olub.