11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bu şəxslər 5 min manata yaxın maaş alır -SİYAHI

2024-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1 003.3 manat təşkil edib.

Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3901.5 manat, qeyri neft-qaz sektorunda 948.7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945 manat, özəl müəssisələrdə isə 1066,1 manat olub.

Mədənçıxarma sənayesində (3 759.9 manat), maliyyə və sığorta fəaliyyəti (2 996.1 manat), eləcə də informasiya və rabitə sahələrində (1 723.8 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Onu da qeyd edək ki, mədənçıxarma sənayesində dövlət sektoru üzrə maaşlar 2 262.7 manat, özəl sektor üzrə isə 4 555.2 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər