6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda bu sektorda çalışanların orta aylıq əməkhaqqısı 1 863 manat olub

Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına  görə, bu göstərici 2020-ci ilin yanvar-iyun ayları ərzində 1 863,1 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu sektorda çalışanların orta aylıq əməkhaqqı 1 698,3 manat olub. Beləliklə, maliyyə və sığorta fəaliyyətində çalışanların əməkhaqlarında illik müqayisədə 164,8 manat və ya 10% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 797,4 manat olub, özəl sektorda isə bu göstərici 1 879,5 manat təşkil edib.

Onu da qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində maliyyə və sığorta fəaliyyətində çalışanların orta aylıq əməkhaqqısı 1 935,4 manat olub.

Son xəbərlər
Digər xəbərlər