Əmlak Məsələləri Dövlət Komitəsi “Ofek Aerial Photography (1987 ltd.)” şirkəti ilə Milli Məkan Məlumatları Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin olunması üzrə müqavilə bağlayıb.
Vahid Dövlət Satınalma Reyestrinə əsasən, İsrail şirkəti bu işlər üzrə ƏMDK-yə məsləhət xidmətləri göstərəcə. Şirkətin xidmətləri 1,559,999.33 manat və ya 917.6 min ABŞ dolları qiymətləndirilir. İşin yerinə yetirilmə müddəti barədə məlumat verilmir.