-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda çörək şirkətinin rəhbərliyi dəyişəcək

26 dekabr 2020-ci il saat 11.00-da “Pirallahı-Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, No­bel prospekti 23 nömrəli ünvanda keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1) İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi.

2) Müşahidə şurasının üzvlərinin seçilməsi.

3) Müfəttişin seçilməsi.

4) Səhmdar cəmiyyətin 2020-ci ilin balansının təsdiq edilməsi.

Gündəlikdəki məsələlərin materialları ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23-cü bi­nanın 10-cu otağında tanış olmaq mümkündür. Əlaqə nömrəsi (012 598 83 94, 055 211 96 00).

Bütün səhmdarların iştirakı vacibdir.

Bildirək ki, 1997-ci ildə “Taxıl məhsulları” Dövlət Şirkətinin 12 saylı çörək zavodunun bazasında “Pirallahı Çörək” ASC yaradılıb.

Son xəbərlər
Digər xəbərlər