Koronavirus (COVID-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş üç Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.
Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan altı nəfəri artıq müalicə olunaraq sağalıb.
Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.