3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda daha 286 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb,  639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727 , ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər