9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda daha bir publik hüquqi şəxs yaradıldı

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planı”nın gənclərin şəxsi və peşəkar inkişafı üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı 8.9.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə” 2024-cü il 11 iyul tarixində Fərman imzalayıb.

Müvafiq fərmanla yaradılan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda, peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərəcək.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində mərkəzin nizamnaməsini təsdiq edəcək, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər