6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda debitor borclar 3 milyard manatı keçib

Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, 31 dekabr 2022-ci il tarixinə debitor borcların məbləği 3 054.1 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 227.5 milyon manat və yaxud 8 % çoxdur.

Bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilir.

Hesabat dövrünün sonuna mövcud olan debitor borcun məbləği 2022-ci ildə icra edilmiş cəmi büdcə xərclərinin 9.5 %-nə, aidiyyəti xərclərin isə 13.4 %-nə bərabər olub. Hər iki göstərici üzrə əvvəlki illə müqayisədə müvafiq olaraq 0.8 və 1.0 faiz bəndi azalma izlənilib. Debitor borcların artan yekunla hesablanaraq əks etdirilməsi səbəbindən debitor borcların icra edilmiş xərclərə nisbəti şərti xarakter daşıyır. Belə ki, müvafiq məbləğlərdə əvvəlki büdcə illərindən yaranıb bağlanmayan debitor borclar da əks etdirilir.

İl sonuna borcların əvvəlki ilə nəzərən artımı icra edilmiş xərclərin artımından (16.9 %) 8.9 faiz bəndi geridə qalmaqla 8 % təşkil edib. Aparılan təhlillər göstərir ki, xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar, büdcə təşkilatlarının büdcədənkənar xərcləri və bəzi publik hüquqi şəxslərin vəsaitləri üzrə yaranan borclar bu məbləğə daxil edilmir. Həmçinin vəsaitlərin akkreditiv hesablara yönəldilməsi zamanı, həmin məbləğin debitor borcda uçota alınıb-alınmaması ilə bağlı müəyyən suallar mövcuddur. Belə ki, faktiki istifadə edilməmiş vəsaitin kassa icrasına aid edilib, debitor borcda uçota alınmaması və yaxud podratçıya ödənilməmiş vəsaitin debitor borc kimi uçotu hesabatlılıq baxımından qeyri-müəyyənliklə nəticələnir”, – deyə sənəddə qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər