Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda debitor borcların məbləği 3 milyard 150 milyon manat təşkil edib.

Bu barədə Hesablama Palatasının hazırladığı “2023-cü ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına dair yarımillik məlumata Xülasə”də bildirilir.

Sənədə əsasən, ölkədə debitor borclar ilin əvvəli ilə müqayisədə 95.9 milyon manat və yaxud 3.1%, ötən il iyulun 1-nə nisbətən isə 1 milyard 6.4 milyon manat və yaxud 46.9% çoxdur.

Xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar üzrə yaranan borclar bu məbləğə daxil edilmir.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər