9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda depozitlərin faizləri yüksəlib

Azərbaycanda yeni cəlb edilmiş bank depozitlərinin gəlirliliyi yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilir.

Belə ki, oktyabrda yeni cəlb edilmiş manat depozit faizləri ortalama 7.31 faiz olduğu halda, noyabrda 8.27 faizə yüksəlib. Yüksəliş həmçinin xarici valyutada da hiss olunub. Belə ki, xarici valyutada cəlb edilmiş depozitlər illik gəlirliliyi 1.67 faizdən 2.69 faizə yüksəlib.

Banklar tərəfindən verilmiş depozitlərin faizləri isə əksinə bir qədər düşüb. Oktyabrda yeni manat kreditləri 15.79 faiz olduğu halda, noyabrda 15.41 faizə düşüb. Bu xarici valyutada 5.33 faizdən 5.76% faizə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər