25 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda diplomları ən az tanınan ölkələr açıqlanıb

Hazırda Türkiyədə 37 min azərbaycanlı tələbə təhsil alır. Bu o deməkdir ki, yaxın gələcək üçün məhz həmin ölkə üçün diplom tanınması üzrə müraciətlər çoxluq təşkil edəcək.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov fevralın 20-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tanınma ilə əlaqəli verilən mənfi rəylər adətən aşağı reytinqli ali təhsil müəssisələri ilə bağlıdır: “Bu siyahıda ilk yerdə Rusiya, Ukrayna və Gürcüstan gəlir. Vətəndaşlara tövsiyə edilir ki, xarici ali təhsil müəssisələrini seçdikdə reytinq və nüfuzluluq elementinə diqqət etsinlər. Çünki hər hansı universitetə imtahansız qəbul ziddiyət təşkil edir”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər