6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda dizel və benzinin istehsalı düşür

Azərbaycanda 2020-ci ilin ilk  doqquz ayı ərzində neftdən yanacaq üçün emal edilən neft məhsullarının həcmində azalma müşahidə edilib.

Ölkədə iqtisadi aktivliyin azalması fonunda nəqliyyat sektoruna pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər istehsalı mühüm rəqəmlərlə azaldıb.

Məsələn, avtomobil benzinin istehsalı cari ilin ilk üç rübü ərsinə cəmi 852.1 min ton təşkil edib. Bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 6.9 faiz azalma baş verməsidir.

Mühərriklərinin hərəkətlənməsi üçün istifadə edilən, iqtisadiyyatın “lokomotivi” sayılan dizelin həcmində isə 5.6 faiz azalma olmaqla, cəmi 1 542.5 min ton (1.54 mln. ton) təşkil edib.

Neft-kimya sənayesində istifadə edilən benzinin istehsal həcmi 161.9 (illik müqayisədə: -20%), ağ neft 356.8 min ton (-22.5%) və yanacaq mazutu 42.4 min ton (-55.6%) təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər