9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda elektron məhkəmə yaradıla bilərmi?

Məlumat verdiyimiz kimi, Çində ilk internet-məhkəmənin rəsmi açılış mərasimi keçirilib. Bu məhkəmənin təsis olunması ilə bağlı Çin Kommunist Partiysının Mərkəzi Komitəsinin 36-cı qurultayı qərar qəbul edilib.

Qərara əsasən internet-məhkəmə onlayn bağlanan müqavilə və onlayn-ticarətdəki fırıldaqçılıq məsələlərinə, internetdə müəllif hüquqlarının pozulmasına baxacaq.

İddia qaldırmaqdan tutmuş bütün məhkəmə prosesi məhkəmənin internet saytında keçiriləcək. Dinləmə və hökm oxunuşu da onlayn vəziyyətdə aparılacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya bildirib ki, internet məhkəmə elektron məhkəmənin tərkib hissəsidir və Azərbaycanda bu təcrübə var:

“2014-cü ildə Azərbaycanda “Elektron məhkəmə” informasiya sistemi yaradılıb. Düzdür, böyük işlər görülməsə də, məhkəmə sistemində müəyyən proses avtomatlaşdırlıb. Yəni siz məhkəmə saytlarından bəlli informasiyanı ala bilərsiniz. Məhkəmə çağırışı ilə bağlı SMS məlumatlandırılma var. Amma xidmət səviyyəsi arzuolunan deyil. Üstəlik də son zamanlarda bu işlərdə ləngimənin olduğunu müşahidə edirəm. Bilmirəm bu problem maliyyə məsələs ilə, yoxsa xidmətlərin elektron ünvana keçirilməsi ilə bağlıdır.

Məhkəmə sisteminin avtomatlaşdırılması, xidmətlərin elektron formaya çevrilməsi yaxşı haldır. Həm xərclərə qənaət eləməyə imkan verir, həm şəffaflığı müşahidə etmək olur, həm də xidmət daha çevik, daha effektli olacaq. İstənilən halda internet-məhkəmənin olmasına pozitiv yanaşmaq lazımdır”.

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, müəyyən məhkəmə proseslərinin internet-məhkəmədə həyata keçirilməsi mümkündür: “Avropada internet məhkəmə təcübəsi uzun illərdir var. İnternet məhkəmədə borclu tərəflərin şikayətinə, mülki və qismən də inzibati işlərə baxıla bilər. Cinayət işinin isə təqsirsizlik prezumpsiyası və digər səbəblərdədən internet məhkəməsində baxılması mümkünsüdür”.

Ə.Məmmədli təəssüflə bildirib ki, Azərbaycan Prezidenti “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncamı tam icra olunmayıb: “Konfedensial işlər deyilsə, hakimlər, tərəflər və işin halları ilə bağlı elektron məlumat verilməlidir. Xidmətlər elektronlaşarsa, daha az kağızdan istifadə edilə bilər, meşələr daha az qırılar”.

Son xəbərlər
Digər xəbərlər