17 C
Baku
Monday, May 13, 2024

Azərbaycanda elektron satınalmaların həcmi 19% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektron satınalmaların həcmi 621.8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21.1%-ni təşkil edib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların həcmi 18.9%, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5.7 faiz bəndi artıb.

Cari il ərzində “http://Etender.gov.az” portalı vasitəsilə ümumilikdə 3 270 elektron satınalma həyata keçirilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər