13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda “eximbank” alətlərinin yaradılması üzrə işlər aparılır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycandakı yeni səfiri Alim Bayel ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə qurumun rəhbəri Yusif Abdullayev agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən logistikanın subsidiyalaşması və tətbiqi gözlənilən digər mexanizmlər barədə məlumat verib. Agentlik tərəfindən ölkəmizdə “eximbank” (ixrac-idxal) alətlərinin yaradılması üzrə işlərin aparıldığı vurğulanıb.

Yusif Abdullayev ixracın təşviqi çərçivəsində Qazaxıstana təşkil olunan ixrac missiyaları, Qazaxıstanda keçirilən sərgilərdə vahid ölkə stendi ilə iştirak edən yerli sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə AZPROMO-nun xarici ölkələrdə nümayəndəliklərinin yaradılması agentliyin gələcək planlarına daxildir.

Alim Bayel Azərbaycan və Qazaxıstan arasında artan xətlə inkişaf edən iqtisadi-ticarət əlaqələrini qeyd edib, ölkəmizdən Qazaxıstana qeyri-neft ixracının artırılmasının perspektivlərini yüksək qiymətləndirib. İnvestisiya əməkdaşlığı çərçivəsində səfir Qazaxıstan səhmdarları tərəfindən konkret təkliflərin mövcud olduğunu bildirib.

Görüşdə səfir tərəfindən təqdim olunan ictimai iaşə sahəsində investisiya layihəsi müzakirə olunub, məlumat mübadiləsinin aparılması və müvafiq məkanın müəyyənləşdirilməsi ilə bağlı birgə işlərin görülməsinə dair razılıq əldə olunub.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər