6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda gələn il açıq bankçılıq xidmətinin tətbiqi gözlənilir

Azərbaycanda 2022-ci ilin sonunadək “open banking” (“açıq bankçılıq”) xidmətinin tətbiqi gözlənilir.

Bunu V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, əsas hədəf dünyada olan ən qabaqcıl təcrübələri Azərbaycana gətirərək banklara təqdim edib dəyər yaratmaqdır: “Bu xidməti ən qısa zamanda Azərbaycanda da görmək istəyirik”.

Qeyd edək ki, açıq bankçılıq maliyyə sektorunda açıq API-lərdən istifadə edən konsepsiyadır. Açıq bankçılıq üçüncü tərəf tərtibatçılarına maliyyə institutları üçün xidmətlər və proqramlar yaratmağa imkan verir, bank qurumlarının hesab sahibləri üçün maliyyə şəffaflığı imkanlarını genişləndirir, müştəri haqqında onun razılığı ilə məlumat mübadiləsini qurmağa və ona şəxsi təkliflər formalaşdırmağa imkan verir.

Son xəbərlər
Digər xəbərlər