14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda gənc qadınlar biznes-inkubatorlara qəbul olunacaq

Gənc qadınlar biznes-inkubatorlara qəbul olunacaq.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Strateji Yol Xəritəsində göstərildiyi kimi İqtisadiyyat Nazirliyi tərəfindən qadın sahibkarlığın inkişafı ilə bağlı xüsusilə onların biznes ideyalarının dəstəklənməsi, maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, onlara güzəştli kreditlərin verilməsi üçün biznes-inkubatorların yaradılması istiqamətində konkret tədbirlər həyata keçirilib.

“Bu gün qadınlar arasında müsabiqə elan olunub və bu müsabiqə əsasında gənc qadınlar, xüsusilə biznes-inkubatorlara qəbul olunacaq rezidentlər kimi onlarla təlimlər keçiriləcək. Gənc qadınlar xarici ölkələrə təcrübə mübadiləsinə göndəriləcək və onların istehsal etdikləri məhsulların təşviqi istiqamətində tədbirlər həyata keçiriləcək. Bu da onların gələcək fəaliyyətlərinin inkişafına öz töhfəsini verəcək”, – deyə S.Məmmədov bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər