12 C
Baku
Friday, May 17, 2024

Azərbaycanda hansı “Qaz” avtomobillərinin yığılacağı açıqlandı

Gələn ilin sonundan Azərbaycanda “QAZ” qrupunun kommersiya avtomobillərinin istehsalına başlanılacaq.

“Avtorevyu” nəşri xəbər verir ki, bu layihənin təfərrüatı məlum olub.

Planlaşdırıldığı kimi, zavod “Azərmaş” şirkəti ilə əməkdaşlıq çərçivəsində Hacıqabul şəhərində inşa ediləcək. Avtomobillərin istehsalına başlamazdan əvvəl azərbaycanlı mütəxəssislər “QAZ” şirkətində təlim keçəcəklər. Avtomobillər Nijne-Novqorod şəhərindəki zavoddan gətirilmiş ehtiyat hissələri hesabına yığıacaq.

Bildirilib ki, ilk olaraq nəinki “Qazel biznes” və “Next” markaları, eləcə də, “Qazon Next” və avtobuslar da istehsal olunacaq. Söhbət təkcə balaca “Vektor Next” avtomobillərindən deyil, “LiAzax” kimi böyük modellərdən də gedir.

“Maraqlıdır ki, yerli istehsalçılar da konveyerlər üçün müəyyən komponentləri tədarük edəcək”, – nəşr qeyd edib.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər