13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda helikopterlər satışa çıxarılır

Azərbaycanda helikopterlər hərraca çıxarılır. Məlumatına görə, hərrac 24 may tarixində baş tutacaq. Hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində beh verilməlidir. 

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Hərraca çıxarılanlar Mİ-8 tipli helikopterlərdir. Onlar 1991-93-cü il istehsalıdırlar. Hava gəmisinin satış qiyməti 130023 manatdan başlayır.

Hərraca çıxarılan helikopterlər
Hərraca çıxarılan helikopterlər
Mİ-8 MTV1 helikopteri
Mİ-8 MTV1 helikopteri
ANS PRESS
Son xəbərlər
Digər xəbərlər