17 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda icbari avtosığorta bazarı 6% artıb

Cari ilin iyun ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84 292 müqavilə qeydiyyata alınıb. 

Bürodan verilən xəbərə görə, bunların 12 707-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. 2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 mln. manat təşkil edib.

Ötən ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 7,5%, sığorta haqlarının məbləğində isə 5,6% artım müşahidə edilib.

İyun ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği bu ilin mayı ilə müqayisədə 5,1% artaraq 79,5 manat təşkil edib.

Report

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər