Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə artıb

2022-ci ilin yanvar-­fevral aylarında ictimai iaşə dövriyy­əsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisə­də 2 dəfə artaraq 176.4 mln. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Ko­mitəsinin təqdim etdiyi hesabatda deyilir.

Komitənin məlumatına əsasən, özəl sektorda ictimai iaşə dövri­yyəsinin 49.4%-i hüquqi şəxslərin, 50­.6%-i isə bu sah­ədə sahibkarlıq fəal­iyyəti ilə məşğul ol­an fiziki şəxslərin payına düşür.

Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə artaraq 86.1 mln. manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər