7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda idman mərc oyunlarına nəzarət orqanı dəyişdirilir

Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir.

Bu barədə məsələ Milli Məclisin Gənclər və idman komitəsində müzakirəyə çıxarılan “Bədən tərbiyəsi və idman haqqında” qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir.

Digər dəyişikliyə əsasən isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan halqar hesabına maliyyələşir.

Dəyişikliklər Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.

Trend

Son xəbərlər
Digər xəbərlər