-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda idxal və ixrac ilə məşğul olan özəl şirkətlərin sayı 9 mini keçib

Xarici ticarət iştirakçılarının sayı 2021-ci ilin 11 ayı ilə müqayisədə 2022-ci ilin eyni dövründə 6 min 743 şəxs azalaraq 53 min 083 şəxs təşkil edib. 2021-ci ilin yanvar-noyabr aylarında xarici ticarət iştirakçılarının sayı 59 min 826 şəxs olmuşdu. Azalmanın böyük hissəsi ticarət ilə məşğul olan fiziki şəxslərin sayının azalmasından qaynaqlanır.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu ilin 11 ayında xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə 7 min 385 şəxs azalaraq 43 min 917-yə, hüquqi şəxslər (şirkətlər) üzrə isə 642 şəxs artaraq 9 min 166 şəxs olub.

Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 260-ı dövlət sektorundan, 8 min 906-sı özəl sektordan olub. 2021-ci ilin müvafiq aylarında isə hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 259-u dövlət sektorundan, 8 min 265 özəl sektordan idi.

Son xəbərlər
Digər xəbərlər