24 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda iki yeni bank yaradıla bilər

Millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda Azərbaycan iqtisadiyyatındakı dəyişikliklər müsbət hesab edilir: “Büdcənin xərc hissəsi 1 milyard civarında nəzərdə tutulub. Azərbaycan Dövlət Neft Şirkətinə, Əmənətlərin Sığortalanması Fonduna vəsait ayrılıb.  SOCAR-a ayrlmış vəsait “Azəriqaz”da qazla əlaqədar itkilərin baş verməsi ilə bağlıdır. Amma “Azəriqaz” itkilərin qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlamalıdır.

Deputat ƏIi Məsimli çıxışında isə qeyd edib ki, neft dövründən qalan problemlərin həllinə də vəsait ayırırıq: “ Hesab edirəm ki, bankları düşdüyü vəziyyətdən çıxarmaq lazımdır, nəinki onların lisenziyalarını əldən almaq. Eyni zamanda iki yeni bank da yaradıla bilər. Bunlar Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf banklı ola bilər. Bunun üçün də yaxşı olardı ki, Bank Məcəlləsinin qəbulu sürətləndirilsin.

Tahir Kərimli Milli Məclisə bəzən qurumlar mexaniki aqreqat kimi baxırlar: “Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik.  Mən qorxuram ki gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik?  Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq”.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər