10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ilk dəfə Banka getmədən, video zənglə BirKart və nağd pul krediti əldə edin ®

Kapital Bank ölkədə ilk dəfə olaraq, zamanın tələbinə uyğun olaraq filiala getmədən video zəng vasitəsilə müştərilərə nağd pul krediti və BirKart almaq imkanının təqdim edir. Belə ki, yaşı 18-dən yuxarı və rəsmi gəliri olan hər kəs www.birkart.azwww.kapitalbank.az saytları, WhatsApp (+994 51 250 99 99) və digər onlayn üsullar vasitəsi ilə nağd pul krediti və ya BirKart-la bağlı Kapital Bank-a müraciət edə bilər. 

Daha sonra Bank tərəfindən xüsusi hazırlanmış rəqəmsal platforma üzərindən əlaqə saxlanılaraq nağd pul krediti və ya BirKart rəsmiləşməsi prosesi icra olunaraq sənədlər imzalanır.

Son mərhələdə müəyyən olunan kredit məbləği karta mədaxil olunur. BirKart almaq istəyənlər üçün isə BirBank mobil tətbiqində kart aktivləşdirilir və müştəri həmin kartı İnternet, NFC, QR-kod və digər ödənişlərdə istifadə edə bilər.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. BirKart-ın isə 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. Ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər