2021-ci ilin yanvar ayında əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 16.3% təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövründə isə əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri 1.2% olub. Belə ki, bank kreditlərindən istifadə illik müqayisədə 15.1 faiz bəndi artıb.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71.7 faiz, əhalinin şəxsi vəsaitləri 8.5 faiz, büdcə vəsaitləri 2.7 faiz, sair vəsaitlər isə 0.8 faiz təşkil etmişdir.