Azərbaycanda investisiya şirkətinin BFB-də üzvlüyü donduruldu

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü dondurulub.

Bu barədə Banker.az-a Bakı Fond Birjasından deyilir.

Bu Birja üzvünün müraciəti əsasında  baş tutub. Belə ki, müraicət əsasında 12 fevral 2020-ci il tarixindən Bakı Fond Birjasının Üzvlük Komissiyasının qərarı ilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü 1 il müddətinə dondurulmuşdur.

Maraqlı məqam odur ki, az əvvəl “Plato Capital and Co. İnvestisiya Şirkəti”  3 aprel 2020-ci il tarixində Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcəyini açıqlamışdı.

Yığıncağın gündəliyində duran əsas məsələlər 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi, şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən edilməsi və digər məsələlər daxil edilmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər