6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda investorlar üçün yeni xidmət istifadəyə verilib

Milli Depozit Mərkəzinin (MDM) 2021-2023-cü illər üzrə qəbul edilmiş Strateji Planına uyğun hədəflərin icrası həyata keçirilir.

Bu barədə MDM-in açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qabaqcıl beynəlxalq təcrübəyə, həmçinin yerli bazarın xüsusiyyətlərindən irəli gələn məqsədlərindən biri, biznes prosedurların sadələşdirilməsi və eyni zamanda avtomatlaşdırılmasıdır. Bununla bağlı MDM müvafiq tədbirləri mütəmadi olaraq həyata keçirir.

Bu məqsədlərin icrası istiqamətində iyunun 11-dən investorların “Elektron Kabinet” platforması üzərindən “Hesablararası transfer” funksiyası yaradılmış və tam olaraq sınaqdan keçirilərək istifadəyə verilib. Qeyd olunan yeni funksionallığın tətbiqi, investorların tam təhlükəsiz rejimdə öz “ASAN İmza” sertifikatlarından istifadə etməklə, “cross-web” texnologiyası əsaslanmış mühitdə hesablarının idarə edilməsinin operativliyini təmin edir.

Təqdim olunmuş yeni funksiya, investorun hesablarının idarə edilməsində geniş imkanlar yaradır. Belə ki, investor “Elektron Kabinet”-ə daxil olmaqla mülkiyyətində olan qiymətli kağızları ona məxsus olan digər hesablara tam təhlükəsiz rejimdə köçürə biləcək.

Təqdim olunan elektron xidmətlərdən istifadə üzrə təlimat hazırlanıb və MDM-in internet səhifəsinə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər