5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda əmək kitabçalarına bu qurumun adı əlavə edilir – YENİ QAYDA

Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli və “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib.

Banker.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənəddə deyilir,

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndinin ikinci və üçüncü abzaslarına ismin müvafiq hallarında “yerli orqanları” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 99-cu hissəyə hər iki halda və 123-cü hissənin ikinci abzasına ismin müvafiq hallarında “şəhər (rayon) şöbələri” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin;
2.2. 117-ci hissənin dördüncü abzasının üçüncü cümləsinə “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
2.3. 114-1-ci hissə üzrə:
2.3.1. birinci abzasa “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
2.3.2. altıncı və yeddinci abzaslara “şəhər (rayon) şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin;
2.4. 114-2-ci hissənin səkkizinci abzasına “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
2.5. 1, 2, 3, 4 və 5 nömrəli əlavələrə “şəhər, rayon şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasına, 1.5-ci bəndinin üçüncü abzasına və 1.9-1.11-ci bəndlərinin ikinci abzaslarına “şəhər, rayon şöbəsinin” sözlərindən sonra “və ya “DOST” mərkəzinin” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “(bundan sonra – məşğulluq mərkəzləri)” sözləri “və “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər)” sözləri ilə əvəz edilsin;
4.2. 2.2-ci bəndin birinci abzasında, 2.5-ci bəndin birinci cümləsində və 2.8-ci bənddə ismin müvafiq hallarında “məşğulluq mərkəzləri” sözləri ismin müvafiq hallarında “mərkəzlər” sözü ilə əvəz edilsin;
4.3. 2.3-cü bənd üzrə:
4.3.1. birinci abzasda “məşğulluq mərkəzləri” sözləri “mərkəzlər” sözü ilə əvəz edilsin;
4.3.2. ikinci abzasda “məşğulluq mərkəzi” sözləri “mərkəz” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə “yerli orqanları” sözlərindən sonra “və “DOST” mərkəzləri” sözləri əlavə edilsin.

Son xəbərlər
Digər xəbərlər