27 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanda işsizlik səviyyəsi 5.5 faizə düşüb – DSK

Azərbaycanda işsizlik səviyyəsi iyunda da azalmaqla 5.55% səviyyəsinə qədər azalıb.

Banker.az Dövlət Statistika Komitəsinin 2023-cü ilin may ayı üzrə statistikasını hesablayıb və belə nəticəyə gəlib.

İyun ayının əvvəlində ölkə ərazisində 5 mln. 213.1 min nəfər iqtisadi fəal əhali olduğu halda, bu iyunun sonuna 5 mln. 224.3 min nəfərə, məşğul əhali isə 4 mln. 920.6 min nəfərdən  4 mln. 934.5 min nəfərə yüksəlib. Yəni məşğul əhali daha çox artıb.

Nəticədə iyunun əvvəli 292.5 min işsizlərin sayı, ayın sonuna 289.8 min nəfərə qədər azalıb.

Bu da işsizlik səviyyəsinin 5.6%-dən 5.5%-ə düşməsinə səbəb olub.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 mln. 726.3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898.6 min nəfər, qeyri-dövlət sektorunda isə 827.7 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 mln. 694.6 min nəfər çalışmışdır.34343434

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər