Azərbaycanda banklar və BOKT-lar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələri artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
1 yanvar 2021-ci il tarixinə ölkədə kredit kartları ilə verilən kreditlər 24% , məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 24%, avtomobil kreditləri 19% təşkil edib.
1 oktyabr 2020-ci il tarixinə isə ölkədə kredit kartları ilə verilən kreditlər 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 22%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 22%, avtomobil kreditləri 19% təşkil edib.
Ölkədə istehlak kreditlərinin cəmi portfeli 3 milyard 661.2 milyon manatdır.