Bu ilin aprelin 1-nə qədər Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 7 583,2 mln. manat təşkil edib.
Banker.az Reporta isginadən xəbər verir ki, məlumatı Mərkəzi Bank yayıb.
Xəbərə görə, əvvəlki ayla müqayisədə kreditləşmədə 2,0%, ilin əvvəlindən isə 9,6% azalıb. Hesabata əsasən, illik müqayisədə isə 8,6% azalma qeydə alınıb. Ev təsərrüfatlarına kreditlərin məcmu kredit qoyuluşunun xüsusi çəkisi ilin əvvəlindəki 38,6%-dən cari il aprelin 1-nə qədər 38,5%-ə enib.
Mərkəzi Bankdan bildirilib ki, 2016-cı ilin aprelin 1-nə qədər daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka kreditləri daxil olmaqla) 1 534,1 mln. manat kredit qoyulub. Bu da məcmu kreditlərin 7,8%-ni təşkil edib.