Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün şirkətə güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tivitter hesabında yazır.
O, bildirir ki, SİF “Greener” MMC-yə 1 mln. manat güzəştli kredit verilib.
Xatırladaq ki, “Greener” MMC 2019-cu ildə yaradılıb 10 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Asim Məmmədov Pənah oğludur.