2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 11 140.4 ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 0.7% azalma deməkdir. 01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 116.7 ton təşkil edir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirək ki, Azərbaycana idxal edilən kərə yağı azalıb. Belə ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 5 ayında 5560 dollar ikən, cari ilin ilk 5 ayında 5519 dollar təşkil edib.
2023-cü ilin yanvar-may aylarında Azərbaycana 41 milyon 310 min dollar dəyərində 7 484 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 49 milyon 646 min dollar dəyərində 8 928 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 17%, miqdarı isə 16.2% azalıb.