10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanda kart ödənişlərinin məişət istehlakındakı xüsusi çəkisi 25%-ə yüksəlib”

Son 5 ildə Azərbaycanda kart ödənişlərinin məişət istehlakındakı xüsusi çəkisi 5%-dən 25%-ə yüksəlib.

Bu barədə “Mastercard” beynəlxalq ödəniş sistemi məlumat yayıb.

Bildirilir ki, bu dövrdə Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralardan birində qərarlaşıb. Bu inkişafı şərtləndirən mühüm amillər bank ekosistemində fiziki şəxslərin sayının sürətlə artması və nəticədə ölkədə adambaşına düşən kartların ümumi sayının 5 ildə 2 dəfə çoxalması, eləcə də ölkə üzrə kart qəbulu məntəqələrinin sayının artması və banklar tərəfindən səxavətli mükafat proqramlarının tətbiqi sayəsində kart əməliyyatlarında alış-verişin nağdlaşdırmanı üstələməsidir.

Bundan başqa, elektron ticarətin artması və xüsusilə pandemiya dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları alış-veriş üçün bank kartlarından istifadəyə sövq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər