10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda klinikanın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən verilən xəbərə görə, Qax şəhəri, Heydər Əliyev prospekti, 29 ünvanında yerləşən “İnvitro” klinikasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyekt avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğuları ilə təmin edilməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– təxliyə planı düzgün tərtib edilməyib və ehtiyat çıxış yolları bağlanılıb;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qax şəhəri, Heydər Əliyev prospekti, 29 ünvanında yerləşən “İnvitro” klinikasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

f564539e 097f 3b42 8fee 30be2b91287c ad0bcfa8 1b02 3a2d a708 37986aa1ab15 0220e8b6 9595 38b2 a75b d4106ff937ce 5b533678 e379 38a9 a91b 6968a6ad49f3 850

Son xəbərlər
Digər xəbərlər