13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda lisenziyalı sığortalama tətbiq edilir

Xüsusi lisenziya tələb olunur.

Bu gündən Azərbaycanda sığortaçılar bir lisenziya əsasında fəaliyyət göstərə bilməzlər.

Azərbaycan sığorta şirkətləri 2014-cü ilin 1 mart tarixindən yenidən sığortalama prosesi üçün xüsusi lisenziya almalıdır. Bu tələblər “Sığorta fəaliyyəti barədə” Qanuna dəyişikliklərdə göstərilib. Hal-hazırda sığorta fəaliyyəti barədə lisenziya Azərbaycanda sığortaçılara eyni anda yenidən sığorta üçün də imkan yaradır.

Amma dəyişikliklər qüvvəyə mindikdən sonra lisenziya yalnız sığorta fəaliyyəti ilə məşğul olmağa imkan yaradacaq. Əgər sığorta şirkəti yenidən sığorta xidmətində maraqlıdırsa, o zaman xüsusi, məhz bu fəaliyyətə icazə verən lisenziya almalıdır.

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin dəyərləndirməsinə görə, sığorta və yenidən sığorta fəaliyyətinin bir-birindən ayrılması sığorta bazarının peşəkar iştirakçılarının maliyyə stabilliyinin təminatına yönəlib. Bundan başqa, sığorta və yenidən sığorta zamanı kapital üzrə tələblər dəyişir.

Azərbaycanda hal-hazırda 28 sığorta və 1 yenidən sığorta şirkəti lisenziyaya malikdir.

Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər