Psixi pozuntuları olan uşaq və yeniyetmələr sosial şəbəkələrdə sağlam həmyaşıdlarından orta hesabla gündə əlli dəqiqə daha çox vaxt keçirirlər.
Bunu Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini bildirib ki, nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa başlanılıb:
“Hazırda məktəblərdə Tik Tok-a çıxış bloklanır. Məktəbdə uşaqların “Linkedn”ə çıxışı, ümumiyyətlə, filter olunur”, – o bildirib.







