Azərbaycanda oktyabr ayında ət məhsullarının orta aylıq pərakəndə satış qiymətləri artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Oktyabr ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 12.39 manatdan 12.92 manata, sümüksüz mal ətinin (tikə) qiyməti 14.36 manatdan 15.03 manata qalxıb.
Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 1.5% bahalaşma ilə 13.61 manatdan 13.81 manata qədər bahalaşıb.
Toyuq ətində bahalaşma oktyabr ayında cəmi 0.9% artmaqla 5.73 manat/kq təşkil edib.
Kolbasanın qiyməti isə ötən ay 13.27 manatdan 13.38 manata, sosiskanın qiyməti isə 13.27 manatdan 13.40 manata yüksəlib.